2020-ci il fevralın 20-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
20 fevral 2020 23:36
Fevralın 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Milli
Məclisinə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərlə əlaqədar MSK-ya daxil
olan müraciətlərə baxılıb. Seçki qanunvericiliyində nəzərdə tutulan müddətdə və
qaydada iclasa çıxarılan müraciətlər ərizəçilərin və digər maraqlı subyektlərin
də iştirakı ilə geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.
Sosial şəbəkələr və digər mənbələrdən olan
məlumatların şəffaf və hərtərəfli araşdırılması nəticəsində Komissiya Milli
Məclisə seçkilər keçirilən 24 seçki məntəqəsində - 40 saylı Kəpəz ikinci
(Gəncə) seçki dairəsinin 8, 125 saylı Zəngilan – Qubadlı seçki dairəsinin 1,
10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59, 107 saylı Qazax seçki dairəsinin 2,
57 saylı Kürdəmir seçki dairəsinin 7, 18, 20, 27 və 33, 8 saylı Binəqədi
birinci seçki dairəsinin 24, 11 saylı Qaradağ seçki dairəsinin 30 və 23 saylı
Nəsimi – Səbail seçki dairəsinin 14, 17, 23 və 25 saylı seçki məntəqələrində seçicilərin
iradəsinin müəyyənləşdirilməsini mümkünsüz edən və Seçki Məcəlləsinin tələblərinə
uyğun olmayan halları nəzərə alaraq, həmin məntəqələr üzrə səsvermənin
nəticələrinin ləğv olunmasına qərar verib.
Milli Məclisə seçkilərin müşahidəsinə
qatılan beynəlxalq təşkilatların və xarici qurumların nümayəndələrinin iştirak
etdiyi iclas kütləvi informasiya informasiya vasitələri tərəfindən geniş
işıqlandırılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi