2020-ci il fevralın 17-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 fevral 2020 23:37
Fevralın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının (MSK) iclası keçirilib. Əvvəlcə Komissiyanın 5 fevral və 7
fevral 2020-ci il tarixli iclaslarının protokolları təsdiq olunub.
Sonra
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə
əlaqədar daxil olan müraciətlərə baxılıb. Maraqlı subyektlərin də bilavasitə
iştirakı ilə aparılan geniş müzakirələrdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar
qəbul olunub. Komissiya 34 saylı Xətai ikinci seçki dairəsinin 1, 2, 3, 4, 18,
30 və 35 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair yekun
protokollarında seçicilərin iradəsinin müəyyənləşdirilməsi mümkün olmadığından,
həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrini ləğv edib.
Beynəlxalq
müşahidə missiyalarının, xarici qurumların və kütləvi informasiya informasiya
vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə
baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi