2020-ci il fevralın 10-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
10 fevral 2020 23:30
Məzahir
Pənahovun sədrliyi ilə fevralın 10-da
Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
İclasda 2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil
olmuş müraciətə baxılıb. Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin
olunması üçün daxil olan müraciət qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və
qaydada, operativ şəkildə baxıldıqdan sonra müvafiq qərar qəbul olunub.
Seçkilərin müşahidəsində iştirak edən
beynəlxalq təşkilatların və kütləvi informasiya informasiya vasitələrinin
nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi