Avqustun 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

23 avqust 2005 16:36

Avqustun 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Əvvəlcə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibinin dəyişdirilməsi haqqında məsələ müzakirəyə çıxarılmışdır. Bu məsələ barədə MSK sədrinin müavini Svetlana Qasımova, Komissiyanın katibləri Natiq Məmmədov və Vidadi Mahmudov məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə qərarlar çıxarmışdır.

Sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Müraciətlərdən 5-i ilkin araşdırma üçün müvafiq dairə seçki komissiyalarına göndərilmişdir.

MSK-nın iclasında cari məsələlər də müzakirə edilmişdir. 

İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, ABŞ səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.