Mərkəzi Seçki Komissiyasının sədri Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti görüşüb
Fevralın 5-də Mərkəzi Seçki Komissiyasının (MSK)
sədri Məzahir Pənahov qarşıdan gələn Milli Məclisə keçiriləcək seçkiləri
müşahidə etmək üçün Azərbaycan Respublikasında səfərdə olan Şanxay Əməkdaşlıq
Təşkilatının nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan sədr Məzahir Pənahov Şanxay
Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə edib.
Sədr rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman mühüm
əhəmiyyət verdiyini və Azərbaycanda keçirilən seçkilərin daim yerli və
beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənildiyini vurğulayıb.
MSK-dakı səmimi qəbul üçün təşəkkürlərini bildirən nümayəndə
heyətinin üzvləri bir neçə gündən sonra Milli Məclisə keçiriləcək seçkilərlə
bağlı son hazırlıq işləri ilə maraqlanıblar. MSK sədri Məzahir Pənahov qonaqların
suallarını ətraflı cavablandıraraq ölkə vətəndaşlarının aktiv və passiv seçki
hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılmış addımları diqqətə
çatdırıb və bildirib ki, builki seçkilərin də azad, ədalətli və şəffaf
keçirilməsi üçün bütün imkanlar yaradılıb.
Görüş çərçivəsində həmçinin, qarşılıqlı maraq
doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi