2020-ci il fevralın 1-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə
Komissiyanın 23 yanvar 2020-ci ildə keçirilmiş iclasının protokolu təsdiq olunub.
Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam
verilməsi ilə bağlı Müasir Müsavat Partiyasının müraciətinə baxılıb və
sözügedən partiyanın müraciəti təmin olunaraq səlahiyyətli nümayəndənin
qeydiyyatı ləğv olunub, ona verilən lövhəcik etibarsız hesab edilib.
Daha sonra qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərdə seçkiqabağı
təşviqat qaydalarının pozulması iddiası ilə MSK-ya daxil olmuş müraciətlərə
baxılıb. Maraqlı subyektlərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən aparılan
geniş müzakirələr nəticəsində müraciətlər təmin edilib və seçkiqabağı
təşviqatın aparılmasına dair qanunvericiliyin tələblərini pozan seçki
subyektlərinə xəbərdarlıq olunub.
Kütləvi
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari
məsələlərə baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və
ictimai əlaqələr şöbəsi