2020-ci il yanvarın 30-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

30 yanvar 2020 20:12

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 21 yanvar 2020-ci il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə iclasa çıxarılan müraciətlər Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar verilib.

Beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə bağlı cari məsələlərə baxılıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi