2020-ci il yanvarın 23-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
23 yanvar 2020 22:46
Məzahir
Pənahovun sədrliyi ilə yanvarın 23-də Mərkəzi Seçki Komissiyasının (MSK)
növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 15 yanvar 2020-ci ildə
keçirilmiş iclasının protokolu təsdiq olunub.
Sonra qarşıdan gələn 9 fevral Milli
Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətə baxılıb. Ərizəçinin
özünün də iştirakı ilə Komissiya üzvləri tərəfindən aparılan geniş müzakirələr
nəticəsində müraciətə dair müvafiq qərar qəbul edilib.
İclasda, həmçinin 8 saylı Binəqədi birinci
və 33 saylı Xətai birinci seçki dairələri dairə seçki komissiyalarının
tərkibində dəyişikliklər də olunub.
Beynəlxalq və xarici qurumların, eləcə də kütləvi
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda Milli Məclisə
seçkilərlə bağlı cari məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi