2020-ci il yanvarın 21-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
21 yanvar 2020 19:45
Yanvarın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının
(MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 12 yanvar
2020-ci il tarixli iclasının protokolu təsdiq edilib.
Sonra
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli
Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Qanunla
müəyyən olunmuş qaydada və müddətdə iclasa çıxarılan müraciətlər maraqlı
subyektlərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə
edildikdən sonra müvafiq qərarlar qəbul olunub.
İclasda
33 saylı Xətai birinci və 35 saylı Xətai üçüncü seçki dairələri dairə seçki
komissiyalarının tərkibində dəyişikliklər də edilib.
Beynəlxalq
müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin qatıldığı
iclasda, həmçinin qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə bağlı cari
məsələlərə baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi