2020-ci il yanvarın19-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
19 yanvar 2020 22:54
Məzahir Pənahovun sədrliyi ilə yanvarın19-da Mərkəzi
Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 11 yanvar
2020-ci il tarixli iclasının protokolu təsdiq olunub.
Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə Vahid Azərbaycan Partiyasının səlahiyyətli
nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və sözügedən partiya tərəfindən
təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Komissiya qarşıdan gələn 9 fevral Milli Məclisə
seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxıb. Ərizəçilərin və
maraqlı subyektlərin birbaşa iştirakı ilə müraciətlər geniş müzakirə edildikdən
sonra namizədin qeydə alınmasından imtina olunmasına dair müvafiq dairə seçki
komissiyasının qərarı ləğv edilərək, öz təşəbbüsü ilə seçkilərə qatılandaha bir şəxsin namizədliyi MSK tərəfindən qeydə alınıb.
Beynəlxalq müşahidə missiyalarının təmsilçilərinin
və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin
bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər
edilib və cari məsələlərə baxılıb.
Mərkəzi Seçki
Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr
şöbəsi