2020-ci il yanvarın 12-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir
Pənahovun sədrliyi ilə yanvarın 12-də Mərkəzi Seçki Komissiyasının (MSK)
növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 6 yanvar tarixli iclasının
protokolu təsdiq olunub.
Sonra
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli
Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən MSK-ya təyin edilmiş
məşvərətçi səs hüquqlu üzvün təsdiq olunmasına qərar verilib.
İclasda
Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-na təyin
olunmuş seçkilərdə səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilməsi
ilə bağlı Vəhdət Partiyasının müraciətinə də baxılıb və sözügedən partiyanın
müraciəti təmin edilərək səlahiyyətli nümayəndənin qeydiyyatı ləğv olunub, ona
verilən lövhəcik etibarsız hesab edilib.
Komissiyanın
iclasında, həmçinin qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya
daxil olmuş müraciətə baxılıb. Müraciət maraqlı subyektin də iştirakı ilə Komissiyanın
iclasında geniş müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilib.
Beynəlxalq müşahidəçilərin və kütləvi
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda bəzi seçki
dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari
məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi