2020-ci il yanvarın 9-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə yanvarın 9-da Mərkəzi Seçki Komissiyasının
(MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 5 yanvar 2020-ci il tarixli iclasının
protokolu təsdiq olunub.
Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilər və 2019-cu il il dekabrın 23-də keçirilmiş bələdiyyə
seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Müraciətlər
seçki prosesinin iştirakçısı olan maraqlı subyektlərin və səlahiyyətli
nümayəndələrin iştirakı ilə Komissiyanın iclasında geniş müzakirə edildikdən
sonra müvafiq qərarlar qəbul olunub.
Qeyd edək ki, Milli Məclisə seçkilərə dair müraciətlərin müzakirəsi
zamanı namizədin qeydə alınmaması ilə bağlı müvafiq dairə seçki komissiyasının
qərarı ləğv edilib və namizədliyi siyasi partiya tərəfindən irəli sürülən bir
nəfərin Milli Məclisə seçkilərdə namizədliyi qeydə alınıb.
Beynəlxalq
müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak
etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının
tərkibində dəyişikliklər edilib və cari məsələlərə baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi