2020-ci il yanvarın 7-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir
Pənahovun sədrliyi ilə yanvarın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti
iclası keçirilib. Əvvəlcə Komissiyanın 2 yanvar və 4 yanvar 2020-ci
ildə keçirilmiş iclaslarının protokolları təsdiq olunub.
Sonra 2020-ci il fevralın 9-na təyin
edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və 2019-cu il il
dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş
müraciətlərə baxılıb. Maraqlı subyektlərin və səlahiyyətli nümayəndələrin
iştirakı ilə müraciətlər komissiya üzvləri tərəfindən geniş müzakirə edilərək müvafiq
qərarlar qəbul olunub.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirak etdiyi iclasda seçkilərlə bağlı cari məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi