Avqustun 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
12 avqust 2005 16:33
Avqustun 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK katibi Natiq Məmmədov 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının fəaliyyətə başlamasına dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının fəaliyyətə başlaması, həmin dairə seçki komissiyasının üzvlərinin təyin edilməsi haqqında qərar çıxarmışdır. MSK həmçinin sözügedən dairə seçki komissiyasına tapşırmışdır ki, seçki dairəsinin mərkəzi ilə bağlı qısa müddətdə Mərkəzi Seçki Komissiyasına təklif versin.
Sonra MSK üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının fəaliyyətə başlaması ilə əlaqədar həmin seçki dairəsinin seçicilərinə Müraciətin layihəsini təsdiq etmişdir.
İclasda 2005-ci il noyabrın 6-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar "Azərbaycançı Qüvvələr” siyasi partiyalar blokunun embleminin təsdiq edilməsi məsələsinə də baxılmış və həmin siyasi partiyalar blokunun embleminin təsdiqi barədə qərar qəbul edilmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək istəyən şəxslərə xüsusi icazənin verilməsi məsələsi barədə məlumat vermişdir. Komissiya qərara almışdır ki, səsvermə gününədək seçki komissiyalarının iclasını müşahidə etməık üçün xüsusi icazə almaqdan ötrü qanuna müvafiq olaraq Mərkəzi Seçki Komissiyasına müraciət etmiş şəxslərin müraciətləri təmin edilsin və hər seçki komissiyası üçün xüsusui icazə almış müşahidəçilərin sayı 10 nəfərdən artıq olduqda MSK tərəfindən həmin şəxslər arasında püşkatma keçirilsin.
İclasda Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılmış, müvafiq qərarlar qəbl edilmişdir.
MSK bəzi seçki məntəqələrinin yenidən təşkil edilməsi haqqında da qərar cıxarmışdır .
Sonra Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibinin dəyişdrilməsi haqqında qərarlar qəbul etmişdir.
MSK-nın iclasında cari məsələlər də müzakirə edilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, ABŞ səfirliyinin təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.