Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Avropa Seçki Rəsmiləri Assosiasiyasının (ACEEEO) növbəti toplantısında iştirak etmək üçün Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərinə rəsmi səfər etmişdir

30 iyul 2013 13:49

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Avropa Seçki Rəsmiləri Assosiasiyasının (ACEEEO) növbəti toplantısında iştirak etmək üçün Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərinə rəsmi səfər etmişdir.

16-17 iyul tarixlərində təşkilata üzv dövlətlərin seçki qurumları rəhbərlərinin iştirakı ilə keçirilən toplantının məqsədi ACEEEO-nun illik konfransı ərəfəsində onun 4 illik fəaliyyət istiqamətləri, strategiyası, prioritet olaraq qəbul etdiyi məsələlər, həyata keçirilmiş layihələr, əldə olunmuş təcrübə və s. kimi məsələlərin müzakirə olunması və nəticələrlə bağlı qərarların illik konfransda bütün üzv ölkələrin iştirakı ilə müzakirəsi və qəbul edilməsi olmuşdur.

Səfər çərçivəsində MSK sədrinin ACEEEO-nun Baş Katibi Jolt Solnoki və digər üzv ölkələrin seçki qurumlarının rəhbərləri ilə görüşləri keçirilmiş, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur. Səfər zamanı MSK sədrini Katibliyin müdiri Rövzət Qasımov müşayiət etmişdir.

Qeyd etmək lazımdır ki, Avropa Seçki Rəsmiləri Assosiasiyası 1991-ci ildə yaradılmışdır və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2002-ci ildən təşkilatın tamhüquqlu üzvüdür.