2020-ci il yanvarın 2-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2020-ci il yanvarın 2-də Mərkəzi Seçki
Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Əvvəlcə
2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya
daxil olmuş müraciətlərə baxılıb və komissiya üzvlərinin müzakirəsindən sonra
müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Sonra
42 saylı Sumqayıt ikinci və 61 saylı Neftçala seçki dairələri dairə seçki
komissiyalarının tərkibində dəyişikliklər edilib.
Kütləvi
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin
2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri və qarşıdan gələn 9
fevral Milli Məclisə seçkilərlə bağlı cari məsələlərə baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və
ictimai əlaqələr şöbəsi