2019-cu il dekabrın 29-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Dekabrın 29-da Məzahir
Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası
keçirilib.
Əvvəlcə 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli
Məclisinə seçkilər və dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə
əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Qanunla müəyyən olunmuş
qaydada və müddətdə iclasa çıxarılan müraciətlər maraqlı subyektlərin də
iştirakı ilə Komissiya üzvləri tərəfindən müzakirə edildikdən sonra müvafiq
qərarlar qəbul olunub.
Sonra dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri və qarşıdan gələn 9 fevral
Milli Məclisə seçkilərlə əlaqədar cari məsələlərə baxılıb.
Komissiyanın iclası kütləvi informasiya vasitələri tərəfindən geniş
işıqlandırılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi