2019-cu il dekabrın 24-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə dekabrın 24-də Mərkəzi Seçki Komissiyasının
(MSK) növbəti iclası keçirilib.
Əvvəlcə 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə seçki komissiyalarının səsvermənin
nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası təsdiq olunub.
Sonra 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə
əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Seçki Məcəlləsinin
tələblərinə uyğun olaraq, operativ şəkildə Komissiyanın iclasına çıxarılan
müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən geniş
işıqlandırılan iclasda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri və qarşıdan
gələn 9 fevral Milli Məclisə seçkilərə dair cari məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi