Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bir sıra xarici ölkələrin Mərkəzi Seçki Komissiyalarının nümayəndə heyətləri ilə görüşüb
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir
Pənahov qarşıdan gələn 23 dekabr bələdiyyə seçkilərini müşahidə etmək məqsədilə
Azərbaycanda səfərdə olan Moldova, Rumıniya, Belarus, Bolqarıstan, Qazaxıstan,
Qırğız və Litva Mərkəzi Seçki Komissiyalarının nümayəndə heyətləri ilə görüşüb.
Xarici ölkələrin ali seçki qurumlarının nümayəndə
heyətini salamlayan sədr Məzahir Pənahov görüşdən məmnunluğunu ifadə edib. MSK
sədri seçki qurumları arasındakı qarşılıqlı faydalı əməkdaşlığın seçki
praktikasının təkmilləşməsindəki rolundan danışıb və bildirib ki, bu
münasibətlər hər bir ölkədə seçki sisteminin inkişafında əvəzsiz əhəmiyyətə
malikdir.
Nümayəndə heyətlərinin üzvləri MSK sədri Məzahir
Pənahova səmimi qəbula görə təşəkkürlərini bildirib. Sədr Məzahir Pənahov seçkilərin
yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində
atılmış addımlar və həyata keçirilmiş genişmiqyaslı layihələri qonaqların diqqətinə
çatdırıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi