Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının elanı - 19.12.2019
E L A N
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli
Məclisinə seçkilərdə kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat
aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri
qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına aşağıda göstərilən
kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer
ayrılacaq:
- İctimai Televiziya və Radio Yayımları
Şirkəti;
- "Azərbaycan” qəzeti;
- "Xalq qəzeti”;
- "Bakinski raboçi” qəzeti.
Yuxarıda göstərilən qurumlar, o cümlədən
digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları
seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer
ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli,
efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları,
şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın
rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.
Azərbaycan
Respublikasının
Mərkəzi Seçki Komissiyası