2019-cu il dekabrın 17-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

17 dekabr 2019 19:31

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 17-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 14 dekabr 2019-cu il tarixli iclasının protokolu təsdiq edilib.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası və "Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb, Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən partiyalar tərəfindən təqdim olunan şəxslər səlahiyətli nümayəndələr kimi qeydə alınıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilər və qarşıdan gələn 23 dekabr bələdiyyə seçkiləri ilə bağlı cari məsələlərə də baxılıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi