Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
2019-cu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə
əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.
Milli Məclisin Mətbəəsində Mərkəzi Seçki Komissiyasının üzvləri,
Katibliyin əməkdaşları, eləcə də dairə seçki komissiyalarının sədrləri və
katiblərinin iştirakı ilə şəffaf şəkildə keçirilən prosesi beynəlxalq və xarici
qurumlar, kütləvi informasiya vasitələri və müxtəlif seçki subyektlərinin yaxından
izləmələrinə hərtərəfli imkan yaradılıb. Tədbirdə seçki bülletenlərin
hazırlanması və aidiyyəti üzrə çatdırılmasının təşkili ilə bağlı qanunvericiliyin
tələbləri barədə kütləvi informasiya vasitələrinə ətraflı məlumat verilib,
aşkarlığın təmin olunması üçün bütün mərhələlər media təmsilçiləri tərəfindən geniş
işıqlandırılıb, eyni zamanda jurnalistləri maraqlandıran suallar
cavablandırılıb.
Seçki bülletenlərinin bu gün – dekabrın 11-də Naxçıvan Muxtar
Respublikası və digər bölgələrdə yerləşən ümumilikdə 24 seçki dairəsinin, dekabrın
16-dək isə respublikanın bütün seçki dairələrinin dairə seçki komissiyalarına
verilməsi nəzərdə tutulur. Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata
keçirilən yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə
seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və
məntəqə seçki komissiyalarına paylanılması prosesinin mühafizəsi Daxil İşlər
Nazirliyinin müvafiq qurumları tərəfindən təmin edilir.
Xatırladaq ki, bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin
mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə
nəzərdə tutulan müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən
sonra, noyabrın 30-dan etibarən seçki bülletenlərinin çapına başlanılıb və
Komissiyanın qərarı ilə 5020287 (beş milyon iyirmi min iki yüz səksən yeddi)
ədəd seçki bülleteni çap olunub. Seçki Məcəlləsinə tələbinə əsasən bülletenlər
dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı 3 gün qalanadək
dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.
Mərkəzi Seçki Komissiyası
Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi