İyulun 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
27 iyul 2005 16:31
İyulun 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK katibi Natiq Məmmədov noyabrın 6-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar "Azərbaycan Tərəqqi Alyansı” siyasi partiyalar blokunun Mərkəzi Seçki Komissiyasında qeydə alınmasına dair məsələ barədə məlumat vermişdir. MSK bu blokun qeydə alınması haqqında qərar çıxarmışdır.
Sonra Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibinin dəyişdrilməsi haqqında qərarlar qəbul etmişdir.
MSK-nın iclasında cari məsələlər də müzakirə edilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.