Yanvarın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası
29 yanvar 2009 16:32
Yanvarın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK katibi Natiq Məmmədov referendum üzrə "Tərəqqi” təşviqat qrupunun qeydə alınması məsələsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təqdim olunan imza vərəqələri və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılmış və həmin təşviqat qrupunun qeydə alınması üçün əsaslar müəyyən edilmişdir. Komissiya sözügedən təşviqat qrupunun qeydə alınması barədə qərar qəbul etmişdir.
Sonra referendum üzrə "Abad kənd” təşəbbüs qrupunun təşviqat qrupu kimi qeydə alınmasına dair məsələyə baxılmış və həmin təşəbbüs qrupunun qeydə alınmasından imtina edilməsi haqqında qərar çıxarılmışdır.
İclasda Mərkəzi Seçki Komissiyasına "Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi tərəfindən daxil olmuş müraciət barədə məlumat verilmiş və bildirilmişdir ki, MSK-da fəaliyyət göstərən hüquqşünaslardan ibarət ekspert qrupu tərəfindən hərtərəfli araşdırma aparılaraq müxtəlif instansiyalara sorğular verilmiş və həmin müraciətdə göstərilənlən faktların öz təsdiqini tapmadığı müəyyən olunmuşdur. Müraciət əsassız olduğundan təmin olunmamışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, ABŞ Milli Demokratiya İntitutunun və Respublikaçılar İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.