Mərkəzi Seçki Komissiyası "Müşahidəçilər üçün yaddaş" kitabçası hazırlayıb
Mərkəzi
Seçki Komissiyası 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri
ilə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində "Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb.
Layihənin
həyata keçirilməsində əsas məqsəd bələdiyyə seçkilərini izləyəcək müşahidəçiləri
məlumatlandırmaq və onlara metodiki kömək göstərməkdir. Nəşrdə müşahidə aparılmasının prinsipləri, eyni zamanda müşahidəçilərin
hüquq və vəzifələri ətraflı şəkildə izah edilib.
Yaddaş
kitabçası Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi
normativ xarakterli aktlar əsasında tərtib olunub.
"Müşahidəçilər üçün yaddaş”ı aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki
Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək
mümkündür.
Mərkəzi Seçki Komissiyası
Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi