2019-cu il noyabrın 11-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
2019-cu il noyabrın 11-də Məzahir Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın7 noyabr 2019-cu ildə keçirilən
iclasının protokolu təsdiq olunub.
Sonra 2019-cu il dekabrın 23-nə təyin edilmiş
bələdiyyə seçkilərində Azərbaycan Respublikaçılar Partiyasının səlahiyyətli
nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinin
müzakirəsindən sonra sözügedən partiya tərəfindən təqdim olunan şəxslərin
səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.
İclasda, həmçinin cari məsələlərə baxılıb.
Kütləvi informasiya
vasitələrinin nümayəndələri iclasda iştirak edib.
Mərkəzi Seçki Komissiyası
Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi