2019-cu il oktyabrın 31-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə oktyabrın 31-də Mərkəzi Seçki Komissiyasının
(MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 23 oktyabr və 28 oktyabr 2019-cu
ildə keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra
2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan
Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası,
Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası,
Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və "Ana Vətən”
Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və
sözügedən partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli
nümayəndələr kimi qeydə alınıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirak etdiyi iclasda, həmçinin
bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub
və cari məsələlərə baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və
ictimai əlaqələr şöbəsi