2019-cu il oktyabrın 28-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə oktyabrın 28-də Mərkəzi Seçki Komissiyasının
(MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 8 oktyabr və 18 oktyabr 2019-cu
il tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra
2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan
Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası və Böyük Quruluş
Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.
Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən partiyalar tərəfindən təqdim
olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
MSK-nın qərarı ilə, həmçinin bəzi seçki dairələri
dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirak etdiyi iclasda cari məsələlərə də
baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və
ictimai əlaqələr şöbəsi