Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Slovakiya Respublikasına səfər edib
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov cari ilin 27-28 iyun tarixlərində
keçiriləcək Seçki
İdarəetmə Orqanlarının 16-cı Avropa Konfransında iştirak etmək məqsədilə Slovakiya Respublikasına səfər edib.
"Seçki mübahisələrinin
həlli” mövzusunda keçirilən, dünyanın
müxtəlif ölkələrindən çoxsaylı ali seçki
qurumlarının və nüfuzlu beynəlxalq
təşkilatların rəhbərlərinin, habelə beynəlxalq
seçki ekspertlərinində qatıldığı tədbir seçkilərə dair bir sıra məsələlərin və ölkələrin əldə etdiyi yaxşı təcrübələrin
müzakirəsinə həsr olunub.
Avropa Şurası Venesiya
Komissiyasının rəhbəri Tomas Markertin dəvətinə əsasən həyata keçirilən səfər çərçivəsində sədr M.Pənahovun seçki idarəetmə qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər
rəsmi şəxslərlə görüşlər keçirməsi, qurumlararası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı faydalı əməkdaşlıq və maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
Səfər zamanı MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət
Qasımov müşayiət edir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi