Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanda prezident seçkilərini müşahidə edəcək
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş
nümayəndə heyəti 2019-cu il iyunun 9-da Qazaxıstan Respublikasında keçiriləcək
növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfər
edib.
Qazaxıstan Mərkəzi Seçki
Komissiyasının sədri Berik İmaşevin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun Qazaxıstanlı həmkarı və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirməsi, ali seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin
perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında
müzakirələr aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan MSK təmsilçiləri həmçinin, ATƏT/DTİHB, MDB və Türk Şurasının tərkibində də sözügedən seçkilərin müşahidəsinə qatılıblar.
MSK nümayəndələri səsvermə
günü paytaxt Nur-Sultanda və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə
aparacaqlar.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi