MSK sədrinin başçılıq etdiyi nümayəndə heyəti Ukraynada prezident seçkilərini müşahidə edəcək
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi
nümayəndə heyəti Ukraynada keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün martın 29-dan
Kiyevdə səfərdədir. Bu barədə AZƏRTAC-ın xüsusi müxbirinə Ukrayna Mərkəzi Seçki
Komissiyasından məlumat verilib.
Məlumata görə, MSK sədri
M.Pənahov səfər çərçivəsində ukraynalı həmkarı ilə yanaşı, digər rəsmi
şəxslərlə də bir sıra görüşlər keçirəcək və səsvermə günü Kiyev şəhərinin seçki
məntəqələrini müşahidə edəcək.
Qeyd edək ki, Ukraynada
prezident seçkiləri martın 31-də keçiriləcək.
AZƏRTAC