Yanvarın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Yanvarın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
İclasda 2009-cu il dekabrın 23-də keçirilimiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Müraciətlərdən yeddisi əsassız olduğundan təmin edilməmiş, üç müraciətin qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərə geri göndərilməsi barədə qərar çıxarılmışdır.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.