Yanvarın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası
24 yanvar 2009 16:28
Yanvarın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
İclasda 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Komissiya üzvü Ramiz İbrahimov referendum üzrə "Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən MSK-ya ünvanlanmış müraciət barədə məlumat vermişdir. Müraciətdə bu ilin yanvar ayının 19-da yuxarıda göstərilən təşəbbüs qrupunun dəstəklənməsi üçün imza toplayan Oqtay Zeynalovun və Cahangir Əmirxanlının Gəncə şəhər Nizami rayon polis şöbəsinə çağırılaraq onların imza toplamasına polis rəisi tərəfindən maneçilik törədilməsi iddia edilir, həmin şəxs barəsində qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsi xahiş olunur. Səlahiyyətli nümayəndənin müraciəti araşdırılmış və müəyyən edilmişdir ki, həmin şəxslərin 19 yanvar 2009-cu il tarixdə Gəncə şəhər Nizami rayon polis şöbəsinə dəvət edilmələri referendum üzrə təşviqat qrupunun dəstəklənməsi üçün imza toplamaları ilə əlaqədar olmamışdır. Belə ki, onlar Gəncə şəhəri "Xan Bağı” istirahət parkında yerləşən çayxanalarda vətəndaşlar arasında təşviqat apararaq Fələstin–İsrail münaqişəsi ilə bağlı kütləvi tədbirlərin keçirilməsi məqsədilə İsrail əleyhinə imza toplamaq çağırışları ilə əlaqədar vətəndaşlardan daxil olmuş şikayət ərizələri əsasında polis şöbəsinə dəvət edilmişlər. Beləliklə, "Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciətində göstərilən hallar araşdırma ilə öz təsdiqini tapmamışdır. Onun tərəfindən bununla əlaqədar heç bir sübut təqdim edilməmişdir. Mərkəzi Seçki Komissiyası əsassız olduğundan həmin müraciətin təmin edilməməsi bartədə qərar çıxarmışdır.
Sonra MSK üzvü Qabil Orucov referendum üzrə "Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının digər müraciəti barədə məlumat verərək bildirmişdir ki, Cəlilabad rayonu Təzəkənd kəndi ərazisində həmin təşəbbüs qrupunun üzvlərinin imza toplama prosesi zamanı kənd icra nümayəndəsi Əyyar Quliyev, bələdiyyə sədri Rafiq Hacıyev və sahə inspektoru Çingiz Məmmədov tərəfindən imza atmış şəxslərə qarşı təzyiqlər edilməsi iddia olunur və bununla əlaqədar tədbirlər görülməsini xahiş edilir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Təzəkənd sakini Şahbaz Qarayev oğlu Bəxtiyar Qarayevə imza vərəqələri verərək vətəndaşlardan imza toplanmasına göstəriş vermişdir. Bəxtiyar Qarayev atasının göstərişi əsasında bir qrup Təzəkənd kənd sakinlərindən atası Şahbaz Qarayevin guya deputat seçilməsi, Üçtəpə icra nümayədəliyinin tərkibindən Təzəkənd kəndinin ayrılaraq ayrı nümayəndəlik yaradılması, sovet vaxtı əmanətə qoyulmuş pulların çıxarılması, həmçinin Qarabağın azad edilməsindən ötəri imza topladığını bildirmişdir. Sonradan aldadıqlarını başa düşən kənd sakinləri öz hüquqlarının pozulmasını iddia edərək kənd icra nümayəndəsi, kənd bələdiyyəsinin sədri və sahə inspektoruna bu barədə məlumat vermişlər. Eyni zamanda həmin imza vermiş vətəndaşlara və müvafiq təşəbbüs qrupunun maraqlarını təmsil edən imza toplayan şəxslərə qarşı hər hansı bir təzyiqlər edilməmişdir.
Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, "Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinin müraciəti əsassız olduğundan təmin edilməsin.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.