Azərbaycan Respublikasında bələdiyyə seçkiləri elan edildi - 21.10.2014
Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək - 21.10.2014
Oktyabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi.
Komissiyanın iclasında ilk öncə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin təyin edilməsi məsələsinə baxıldı. Ölkəmizdə yerli özünüidarəetmə institutlarının mövcud olduğu 15 il ərzində zəngin təcrübə qazandıqlarını, cəmiyyət həyatındakı rolunun ilbəil daha da artdığını vurğulayan MSK sədri bildirdi ki, bələdiyyələrin səlahiyyət müddəti bu ilin sonlarında başa çatır. Buna görə də Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq azı 60 gün əvvəl bələdiyyələrə seçkilər təyin edilməli və respublika üzrə 1607 bələdiyyəyə 15035 üzv seçilməlidir. Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək.
Mərkəzi Seçki Komissiyasının üzvləri seçkilərin təyin edilməsi haqqında qərar layihəsi ilə tanış olduqdan sonra Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 2014-cü il dekabrın 23-ü, çərşənbə axşamına təyin edilməsi barədə qərar qəbul olundu.Oktyabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi.

Mərkəzi Seçki Komissiyasının üzvləri seçkilərin təyin edilməsi haqqında qərar layihəsi ilə tanış olduqdan sonra Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 2014-cü il dekabrın 23-ü, çərşənbə axşamına təyin edilməsi barədə qərar qəbul olundu.
Sonra "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” müzakirə olunaraq təsdiq edildi.
Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxıldı. MSK-nın qərarı ilə Komissiya üzvləri və Katibliyin əməkdaşları da daxil olmaqla MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradıldı. Dairə seçki komissiyaları nəzdində qanunvericilikdə nəzərdən tutulmuş müddətdən gec olmayaraq, müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə edildi.
İclasda 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində namizədin qeydə alınması məsələsinə MSK-da yenidən baxılması ehtimalı və zərurəti nəzərə alınaraq, təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradıldı və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin olundu.
Komissiyanın iclasında cari məsələlərə də baxıldı.
İclasda bəzi beynəlxalq qurumların təmsilçiləri, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.